Yunanıstan zəlzələlərdən sonra Türkiyə və Suriyadan Avropaya getmək üçün yeni qaçqın axınının ola biləcəyi narahatlığı ilə Türkiyə-Yunanıstan sərhədini təşkil edən Meriç bölgəsində təhlükəsizlik tədbirlərini artırıb.
Sitat.info xəbər verir ki, bu çərçivədə Meriçdə sərhəd mühafizəsi 100-dən çox yeni heyətlə gücləndirilib və patrul dəstələri artırılıb.
Hava şəraitinin yaxşılaşması ilə mart ayından etibarən yeni qaçqın axınının mümkünlüyü Yunanıstan hökumətini düşündürür. Sözügedən qaçqınların təhlükəsi ilə bağlı açıqlama verən ictimai asayiş naziri Takis Theodorikakos: “Həqiqətən belə bir təhlükə var, lakin Meriç sərhəddi keçilə bilməz. Biz hər ehtimala hazırıq”, - deyə bildirib. Sığınacaq və Miqrasiya naziri Notis Mitarakis bildirib: “Türkiyə və Suriyaya yardımlar, yeni qaçqın axını başlamadan edilməlidir”.