TikTok-un Kanadada hökumətə məxsus cihazlara quraşdırılması qadağan edilib

11:57 28 Fevral 2023

Kanadada TikTok tətbiqinin hökumətə məxsus cihazlarda quraşdırılması bu gündən qadağan edilib.

Sitat.info xəbər verir ki, Kanada hökumətinin bu qərarı ölkədəki informasiya təhlükəsizliyi orqanlarının tətbiqdə məxfilik və təhlükəsizlik baxımından qəbuledilməz risklər olduğunu müəyyən etdikdən sonra verilib.

TikTok sözçüsü qərarın məyusedici olduğunu söyləyib.

Qeyd edək ki, Avropa Komissiyası da bir neçə gün əvvəl oxşar qərar qəbul edib.

Məğrur

Sitat.info



Xəbər xətti