İstanbulda 1,5 milyon riskli mənzil həm Anadolu, həm də Avropa yaxasında müəyyən edilən iki rezerv əraziyə köçürüləcək.
Sitat.info xəbər verir ki, bunu ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum deyib.
M.Kurum bildirib ki, Amanos dağının ətəyində binalar tikəcəyik.
"Zəlzələ anından etibarən 85 milyonluq xalq Hatay üçün bir ürək oldu. Biz burada möhkəm binalar tikənə qədər çalışacağıq. Demoqrafik quruluş və tarixi ərazilər nəzərə alınacaq. Amanos dağının ətəyində binalar tikəcəyik. Hatayda 60 min binanın təcili söküləcəyini təyin etdik. Daha əvvəl müəyyən edilmiş binalara yenidən baxış keçiriləcək. Türkiyə daxilində 4 milyon 750 min müstəqil hissədən ibarət 1,5 milyon 520 min mənzilin dəyən zərəri araşdırıldı. Hatayda, 213.000 mənzildən ibarət 60 min yıxılmış, təcili olaraq söküləcək və ağır zədələnmiş binalar təyin etdik.
14 milyon insanımıza təsir edən zəlzələdənöncəki fəlakətlərdə vətəndaşlarımıza verdiyimiz sözlərə necə əməl etdik, yenə bu şəkildə edəcəyik. Onların fikirləri bizim üçün dəyərlidir. Tikinti prosesini də onlarla birlikdə edəcəyik".
M.Kurum əlavə edib ki, alimlərlə birgə tədqiqatlar aparılır: "Bir çox universitet və elm adamları ilə birgə tədqiqatlar aparırıq. Biz tikinti prosesini ən dəqiq tikinti texnikasına uyğun olaraq düzgün zəmində aparacağıq. 2 min 507 yeni evimizin müqavilələrini tamamladıq və tikinti mərhələsinə başladıq. Beləliklə, fevralda 14500 mənzilin tikintisinə başlayacağıq. Məqsədimiz aprel və ya may aylarında kəndlərimizdə və ya mərkəzdə yerli arxitekturaya uyğun mənzil tender və müqavilələrimizi zərərin qiymətləndirilməsi çərçivəsində həyata keçirməkdir".
Nərgiz,
Sitat.info