Polşanın baş naziri Mateuş Moravetski Polşanın fevral və ya mart aylarında Rusiyadan xam neft idxalını dayandıracağını açıqlayıb.
Sitat.info xəbər verir ki, Varşava administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar idxalı dayandırmağı prioritet vəzifə hesab edib.
Hökumətin iclasından sonra mediaya danışan Moravetski , Rusiyadan neft idxalının 2016-cı ildən bəri azaldığını və ilin əvvəlində 10 faizə endirildiyini bildirib.
Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbiylə Rusiyanın karbon yanacaqlarına total embarqo qoymasının əsas təşəbbüskarının Polşa olduğunu ifadə edən Moravetski deyib ki, Rusiyadan neft idxalımız fevral və ya mart aylarında sıfıra enəcək.
Polşanın ən böyük neft-qaz şirkəti "PKN Orlen" fevralın 25-də Rusiyanın "Drujba" boru kəmərindən Polşaya neft nəqlini dayandırdığını elan edib.
“PKN Orlen”in məlumatına görə, fevralın əvvəlindən Rusiyanın “Rosneft” enerji şirkəti ilə müqavilə müddəti başa çatdıqdan sonra Rusiya neftinin idxalı ölkənin tələbatının cəmi 10 faizi səviyyəsində olub.
"PKN Orlen"in neft idxalının 90 faizi Rusiyadan başqa mənbələrdən gəlir.
Nərgiz,
Sitat.info