Peskov: “Ukraynadan danışıqlarla bağlı siqnal yoxdur”

22:49 28 Fevral 2023

Kremlin sözçüsü Dmitri Peskov, Ukrayna tərəfinin danışıqlara hazır olduğuna dair heç bir siqnal olmadığını bildirərək, "Ukraynadan heç kim heç bir siqnal almadı. Biz Ukrayna tərəfinin bu mövzuda danışıqlar aparmasının hüquqi imkansızlığından çıxış edirik" dedi.

Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə Ukrayna ilə danışıqlar planlarını dəyərləndirib. Peskov bəyan edib ki, Ukrayna tərəfində onun Rusiya ilə danışıqlara hazır olduğuna dair heç bir işarə yoxdur. Peskov: "Ukraynadan heç kim heç bir siqnal almadı. Biz Ukrayna tərəfinin bu məsələni (müharibə) müzakirə etməsinin hüquqi imkansızlığından çıxış edirik",- deyə bildirib.

Ukrayna ilə böhranın danışıqlar masası arxasında həllinin mümkünlüyünə toxunan Peskov vurğulayıb ki, bu halda yeni “regional reallıqlar” göz ardı edilə bilməz və Rusiyanın öz məqsədlərinə çatması prioritet məsələdir. Peskov bildirib ki,  hazırda Rusiyada bəzi reallıqlar var, yəni yeni Rusiya ərazisi. Rusiya Federasiyasının heç kimin gözardı edə bilməyəcəyi və Rusiya tərəfinin heç vaxt imtina edə bilməyəcəyi bir Konstitusiyası var. Bunlar çox mühüm faktlardır. Həmçinin müəyyən məqsədlər var Rusiya xüsusi hərbi əməliyyat zamanı buna nail olub: "Ukrayna rejiminin əlverişli vəziyyəti və müvafiq münasibətini nəzərə alsaq, bu məsələni danışıqlar masası arxasında müzakirə etmək olar. Amma indiki halda əsas odur ki, prioritet məqsədlərimizə nail olaq. Bu, bizim mütləqiyyətimizdir.

Məğrur

Sitat.info



Xəbər xətti