NATO-nun Ukrayna bəyanatı

23:54 28 Fevral 2023

Ukraynada müharibənin tam sürətlə davam etdiyi bir vaxtda NATO-dan Ukraynanın üzvlüyü ilə bağlı yeni açıqlama gəlib.

Sitat.info-nun məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna uzunmüddətli perspektivdə hərbi alyansın üzvü olacaq.

Stoltenberq Finlandiyanın paytaxtı Helsinkiyə səfəri zamanı jurnalistlərə bu açıqlamaları verib: "NATO müttəfiqləri Ukraynanın bizim alyansımızın üzvü olacağı barədə razılığa gəliblər, lakin bu, həm də uzunmüddətli perspektivdir”.

Stoltenberq vurğulayıb ki, aktual məsələ Ukraynanın Rusiya işğalı qarşısında müstəqil dövlət kimi qalmasıdır.

Səid

Sitat.info



Xəbər xətti