Rusiyanın qərbində SİHA hücumu xəbərdarlığı

10:25 1 Mart 2023

Rusiyada paytaxt Moskva və ikinci böyük şəhəri Sankt-Peterburq olmaq üzrə ölkənin bütün qərb bölgələrində hava hücumu ssiqnalları səslənib.

Sitat.info "Hürriyet"-ə istinadən xəbər verir ki, Ukrayna tərəfindən həyata keçirildiyi düşünülən silahlı pilotsuz uçuş aparatı (PUA) hücumlarından ilki Qara dəniz sahilindəki Tuapse liman şəhəri olub. İki SİHA-nın buradakı yağ doldurma qurğularına dəyməsi böyük yanğına səbəb olub. İkinci hücum xəbərdarlığı Sankt-Peterburq şəhərində verilib. Dünən yerli vaxtla saat 10:00-da şəhərdəki Pulkovo hava limanı uçuşlara tamamilə bağlanıb. Hava limanının yaxınlığında naməlum uçan obyekt aşkar edilib.

“Biz hava təlimləri keçirirdik”, - Rusiya Müdafiə Nazirliyi bildirib. Daha sonra rəsmi RİA xəbər agentliyi pilotsuz uçuş aparatının Moskva vilayətinin Voskresensk rayonundakı təbii qaz nasos stansiyasından 100 metr aralıda atıldığını açıqlayıb. SİHA hücumları ilə bağlı Rusiya Müdafiə Nazirliyi bildirib: “Rusiyanın cənubundakı Krasnodar bölgəsində və Adige Muxtar Respublikasında kamikadze pilotsuz təyyarə hücumlarının qarşısı alınıb. Təyyarə elektron döyüş sistemləri vasitəsilə zərərsizləşdirilib və vurulub".

Məğrur

Sitat.info



Xəbər xətti