Böyük dağıntılar yaşayan Hatayda evi və iş yeri dağılan Mehmet Tokgöz 23 gündür ki, dağıntılar altında tapdığı divanda yatır. "Sağ qaldığımız üçün xoşbəxtik, amma həyatımız bir dəqiqəyə sıfırlandı",-deyə o bildirib.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Mehmet Toksöz bildirib ki, biz hər şeyi itirdik. Evim dağıldı, biznesim dağıldı. 23 gündür ki, dağıntılar altında yatıb oyanıram, iş yerimdə qiymətli əşyalarım var idi, gözləyirəm ki, heç kim götürməsin. Böyük bir fəlakət yaşadıq, hər şeyi itirdik. Allah düşmənimin başına belə bəla gətirməsin. Biz hələ dağıntılar altında olanda borcunu istəyənlər oldu.
Hatayda riskli binalar çoxdur. Girilməməsi xəbərdarlığı edilən binalara girən zəlzələdən sağ çıxanlar bacardıqları qədər əşyalarını aparırlar. Bəzi binalarda zəlzələdən zərərçəkənlərin gətirdikləri kranlarla əşyalarını daşımaları diqqət çəkir. Yarımçıq qalmış binadakı evinə girərək əşyalarını götürən Sezai Yüksek bidlirib ki, dağılan binaya girdik və gündəlik ehtiyacımız olan bir neçə əşya aldıq. Bu risklidir, amma biz nə edək? Təcili ehtiyacımız olan əşyaları alırıq.
Seymur Bənnayev
Sitat.info