Yaponiya Rusiyanın Ukraynaya hücumları ilə əlaqəli olduğu bildirilən daha 143 nəfər və təşkilatı sanksiya siyahısına əlavə etmək qərarına gəlib.
Sitat.info xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində bir il geridə qalarkən Tokiodan Moskvaya əlavə sanksiya qərarı gəlib.
Yaponiya hökuməti Rusiyanın hücumları ilə bağlı daha 143 nəfərin və təşkilatın sanksiya siyahısına daxil edilməsinə qərar verib. Rusiyada siyasətçilər, hərbi məmurlar, iş adamları və şirkətləri hədəf alan əlavə sanksiyalar çərçivəsində aktivlərin dondurulması və ixrac qadağası tədbirlərinin həyata keçiriləcəyi öyrənilib. Yeni sanksiyaların hədəfi olan qurumlar arasında Ukraynanın işğalında rol oynadığı güman edilən Rusiyada yerləşən muzdlu şirkət “Vaqner Qrup”un da olduğu bildirilib.
Təxminən 50 min personalı ilə Ukraynadakı işğala dəstək verdiyi iddia edilən Vaqner Qrupu ABŞ tərəfindən "beynəlxalq cinayət təşkilatı" olaraq xarakterizə edilib.
Məğrur
Sitat.info