Rusiya prezidenti Vladimir Putin amerikalı aktyor və rejissor Stiven Seagalı “Dostluq ordeni” ilə təltif edib.
Sitat.info xəbər verir ki, Rusiya Prezidentliyinin saytında dərc olunan sərəncamda bu medalın Seagala “beynəlxalq mədəni və humanitar əməkdaşlığa verdiyi böyük töhfəyə görə” verildiyi bildirilib. 2016-cı ildə Rusiya vətəndaşlığını alan Seagal 2018-ci ildən Rusiya Xarici İşlər Nazirliyinin ABŞ və Yaponiya ilə humanitar məsələlər üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışır. Ukrayna müharibəsi ilə bağlı sənədli film də hazırladığı deyilən 70 yaşlı aktyor Rusiya lideri Putinə verdiyi dəstəklə dəfələrlə gündəmə gəlib.
Qeyd edək ki, “Dostluq” ordeni Rusiyanın beynəlxalq əlaqələrinin yaxşılaşdırılması üçün çalışan şəxslərə verilir.