Almaniyadan feminist xarici siyasət addımı

11:58 1 Mart 2023

Almaniya Xarici İşlər Naziri olduqdan sonra özünəməxsus üslub yaradan Annalena Baerbock, "feminist xarici siyasət"lə feminist refleks inkişaf etdirmək və bu anlayışı nazirliyə yerləşdirmək üçün əsas çərçivəni təşkil edən konsepsiyanı tamamlayıb.

Sitat.info xəbər verir ki, Baerbock bu gün federal inkişaf naziri Svenja Schulze ilə birlikdə kabinetdə feminist xarici siyasət konsepsiyasını təqdim edəcək.

80 səhifəlik bələdçini hazırlayarkən, Baerbock ön sözdə “Biz feminist xarici siyasət yürüdürük, çünki buna çox ehtiyacımız var. Dünyada qadınlar və kişilər hələ də bərabər deyil",- bildirib

Baerbok həmçinin vurğulayıb ki, qadın və qızların bərabərliyinə yönəlmiş yeni konsepsiya “qadınlar üçün deyil, cəmiyyətin bütün üzvləri üçün xarici siyasət” deməkdir. Müvafiq olaraq, gələcəkdə layihə vəsaitlərinin 85%-i “genderə həssas” şəkildə xərclənəcək və xüsusi səfirlik vəzifəsi yaradılacaq.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti