ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Misirin xarici işlər naziri Semih Şükrinin Türkiyəyə səfəri ilə bağlı "ABŞ-ın iki mühüm tərəfdaşının yaxşı əlaqələr inkişaf etdirməyə təşviq etdiklərini" bildirib.
Sitat.info xəbər verir ki, Gündəlik mətbuat brifinqində gündəmə dair sualları cavablandıran Prays: "(Misir) nazirin ictimai açıqlamalarından anladığım qədər, bunun humanitar yardım səfəri olduğunu başa düşürəm",- deyə bildirib.
"Təbii ki, həm Türkiyə, həm də Misir bizim mühüm tərəfdaşlarımızdır. Biz həmişə əsas tərəfdaşlarımızın əlaqələrinin yaxşılaşdırılmasını təşviq edirik”, O bildirib.
Mətbuat mənsubunun sualını ilk olaraq Misir-Suriya münasibətləri ilə bağlı verdiyini düşünən Prays, Əsəd rəhbərliyi ilə ərəb ölkələri arasında ola biləcək normallaşma addımlarına da münasibət bildirib: "Bizim Əsəd rejiminə münasibətimiz dəyişməyib” deyən ABŞ sözçüsü, indi normallaşmağın vaxtı olmadığını, Əsəd rejimi ilə münasibətləri yaxşılaşdırmaq vaxtının gəlmədiyini bildirib.
Məğrur
Sitat.info