Avropa quraqlığa qarşı həyəcan təbili çalır

12:18 1 Mart 2023

Avropa bu yay ciddi quraqlıq təhlükəsi ilə üz-üzədir.

Sitat.info xəbər verir ki, Almaniya Meteoroloji Xidmətinin məlumatına görə, iqlim dəyişikliyi qarşısıalınmazdır”.

Avropada ardıcıl 12-ci qış çox isti keçib. Potsdam İqlimə Təsirin Tədqiqat İnstitutundan Peter Hoffmann bildirib ki, yalnız bir mülayim qış iqlim dəyişikliyi yaratmır. Bununla belə, artıq on ikinci qışdır ki, çox isti keçir və bu təhlükə yarada bilər.

Fransa, İtaliya, İsveçrə və Avstriyanın bəzi bölgələrinə yağan qarın illərdir normadan xeyli aşağı olduğunu qeyd edən mütəxəssislər, Alp dağlarında qarın miqdarının normadan 50 faiz aşağı düşdüyünü qeyd ediblər. İtaliyanın ən böyük çayı Po hövzəsində də yağıntılar 61 faiz azalıb.

Fransada qubernatorlarla görüşən Ekoloji Keçid və Regional Uyğunlaşma Naziri Kristof Beçu, suya qənaət tədbirlərinin artırılmasını tələb edib. Martın 6-da başqa bir görüşün keçirilməsi planlaşdırılır.

Fransa prezidenti Emmanuel Makron isə su bolluğunun sona çatdığını deyib və tədbir görülməsini tələb edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti