ABŞ prezidenti Co Bayden deyib: “Amerikalılar reseptlə satılan dərmanlara dünyanın hər hansı digər xalqından daha çox pul ödəyirlər”
Sitat.info xəbər verir ki, Bayden Virciniyanın Virginia Beach bölgəsində iştirak etdiyi proqramda sağlamlıq siyasətlərindən danışıb.
Bayden səhiyyə xərclərinin Amerika xalqı üçün böyük bir yük olduğuna diqqət çəkib.
Bu səbəbdən vəzifəyə gəldiyi gündən daha çox insana uyğun sağlamlıq xidmətlərinin göstərilməsinə və tibbi xərclərin azaldılmasına diqqət ayırdıqlarını ifadə edən Bayden, bu mövzuda əhəmiyyətli irəliləyiş əldə etdiklərini düşündüyünü əlavə edib.
Əczaçılıq şirkətlərinin qiymətlərinin inflyasiyadan daha sürətli artırdığını qeyd edən Bayden, reseptlə satılan dərmanların qiymətinin aşağı salınmasının federal büdcə kəsirini azaldacağına və borcun 159 milyard dollar azalacağına diqqət çəkib.
Bayden, səhiyyə xərclərinə dair siyasətini tənqid etdiyi respublikaçıların, insanların uyğun qiymətli sağlamlıq imkanlarından yararlanmasını təmin edən Medicaid kimi proqramları dayandıracaqları halda onlara qarşı çıxacağını bildirib.
Seymur Bənnayev
Sitat.info