Peru polisi Punoda arxeoloji qazıntı sahəsində sərxoş olduğu üçün onların diqqətini çəkən kuryeri axtaran zaman sürprizlə üzləşib. Belə ki, kuryerin yanındakı soyuducu qutuda mumiya tapılıb.
Sitat.info-nun məlumatına görə, kuryer sarğılı mumiya ilə bir otağı paylaşdığını, onu "bir növ mənəvi sevgilisi kimi gördüyünü" deyib və dostlarına göstərmək üçün qutunu özü ilə apardığını söyləyib.
Kuryer “Juanita” adını verdiyi mumiyanı televizorunun yanında qutuda saxladığını bildirib.
Adı açıqlanmayan kuryer mumiyanın ilk sahibinin onun atası olduğunu bildirsə də, atasının onu haradan tapdığını açıqlamayıb.
Mütəxəssislər, yaşı 600-800 arasında olduğu bildirilən mumiyanın kuryerin düşündüyü kimi qadına deyil, yetkin bir kişiyə aid olduğunu bildiriblər.
Məğrur
Sitat.info