Finlandiya parlamentində keçirilən səsvermədə Finlandiyanın NATO-ya üzvlüklə bağlı qanun layihəsi səs çoxluğu ilə təsdiqlənib.
Sitat.info xəbər verir ki, Finlandiya parlamentində NATO-ya üzvlük haqqında qanun layihəsi səsə qoyulub. Səsvermə nəticəsində müvafiq qanun layihəsi 200 yerlik parlamentdə 7 əleyhinə 184 səslə qəbul edilib. Səsvermədə 1 nəfər bitərəf qalıb.
Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün keçən may ayında Rusiyanın Ukraynaya təcavüzünə başladıqdan sonra müraciət etmişdilər. İndiyədək NATO-ya daxil olan 30 ölkədən 28-i İsveç və Finlandiyanın NATO-ya daxil olma protokolunu imzalayıb. Türkiyə xaricində İsveç və Finlandiyanın NATO üzvlüyünü təsdiq etməyən yeganə ölkə olan Macarıstan, iki ölkənin üzvlüyü üçün martın 6-9-da parlamentdə səsvermə keçiriləcəyini açıqlayıb.
NATO-nun baş katibi Yens Stoltenberq, prezident Rəcəb Tayyib Ərdoğanla İsveçin mart ayında keçiriləcək Türkiyə-İsveç-Finlandiya üçtərəfli zirvəsi və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı razılığa gəldiklərini bildirib.
Məğrur
Sitat.info