Rusiya Ukrayna müharibəsində birinci ilini geridə qoyduğu üçün Rusiya Müdafiə Nazirliyindən yeni açıqlama gəlib. Nazirliyin sözçüsü Konaşenkov Ukraynanın PUA-larla Krım yarımadasına hücum etdiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov, Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Krım yarımadasına irimiqyaslı hücum həyata keçirdiyini bildirib. Açıqlamasında Ukraynanın Krım yarımadasına hücum etdiyini bildirən Konaşenkov: "Krım yarımadasındakı obyektlərə PUA-lar tərəfindən böyük bir hücum cəhdinin qarşısı alındı",- deyə bildirib.
6 Ukrayna PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu, 4 PUA-nın isə elektron döyüş vasitələri ilə zərərsizləşdirildiyini qeyd edən Konaşenkov, hücumlarda itki və dağıntı olmadığını qeyd edib.
Konaşenkov, indiyədək Ukrayna ordusuna aid 391 təyyarə, 211 helikopter, 3 min 281 pilotsuz uçuş aparatı, 406 hava hücumundan müdafiə raket sistemi, 8 min 86 tank və zirehli texnika, 1045 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 4 min 240 haubitsa və minaatan, 8.621 xüsusi hərbi maşının şəxsi hərbi maşının məhv edildiyini bildirib.
Qeyd edək ki, dünən Rusiyada pilotsuz uçuş aparatları paytaxt Moskva, Adıge Respublikası və Belqorod şəhəri də daxil olmaqla Krasnodar bölgəsinə hücum etmişdi.
Seymur Bənnayev
Sitat.info