G20 xarici işlər nazirləri Hindistanın ev sahibliyi ilə Yeni Dehlidə görüşüb.
Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyəni G20-də təmsil edən xarici işlər naziri Mövlud Çavuşoğlu ikitərəfli görüşlər keçirib. Çavuşoğlu rus, kanada, avstraliyalı və meksikalı həmkarları ilə görüşlər keçirib. Çavuşoğlu Twitter hesabından paylaşım edərək, zəlzələ yardımlarına görə həmkarlarına təşəkkür etdiyini bildirib.
Ukrayna müharibəsi və ABŞ-Çin gərginliyinin kölgəsində baş tutan G20 toplantısının əsas gündəliyi humanitar yardım, ərzaq və enerji təhlükəsizliyi, terrorizmlə mübarizə, çoxtərəfliliyin gücləndirilməsi və inkişaf əməkdaşlığı olacaq.
ABŞ dövlət katibi Antoni Blinken Rusiya və Çin nazirləri ilə görüşməyəcəyini açıqlayıb.
Seymur Bənnayev
Sitat.info