Amazon cəngəlliyində bir aydır itkin düşən adam qurd və böcək yeyərək sağ qaldığını bildirib.
Sitat.info xəbər verir ki, bir aydır Amazondaitkin düşdüyü iddia edən Boliviyalı bir adam, çəkmələrinə su yığaraq içdiyini, sağ qalmaq üçün həşərat və qurdlar yediyini söyləyib.
30 yaşlı Conatan Akostanın danışdıqları təsdiqlənərsə, o, tək başına Amazonda ən uzun sağ qalan şəxs olacaq.
Akosta Unitel TV-yə deyib: "Yaşamaq üsullarını bilmək çox faydalı oldu: həşərat yemək, qurd yemək məcburiyyətində qaldım. Heyvanların hücumuna məruz qaldım".
Akostanın ailəsi onun yanvarın sonunda itkin düşdüyünü bildirib.
O, dörd dostu ilə Amazon tropik meşələrində ov səfərində olub, lakin yanvarın 25-də qrupdan ayrılıb.
O, düz bir ay sonra, keçən şənbə günü axtarış-xilasetmə qrupları tərəfindən tapılıb.
Akosta “Unitel”ə bildirib ki, yoxa çıxdığı vaxtın yarısında yağış yağıb. O, rezin çəkmələri ilə yağış suyunu toplayıraq su ehtiyacını qarşılayıb.
"Mən Allahdan yağış istədim. Yağış olmasaydı, sağ qalmazdım",- deyə o, bildirib.
Qeyd edək ki, Boliviyada baş verən başqa bir hadisədə israilli macəraçı Yossi Ghinsberg 1981-ci ildə Amazonda üç həftə sağ qalıb. Daniel Radcliffe'nin baş rolda olduğu Jungle adlı filmə də elə bu hadisədən ilham alınaraq ərsəyə gəlib.
Seymur Bənnayev
Sitat.info