ABŞ Tayvana F-16 raketlərinin satışını təsdiqləyib

12:29 2 Mart 2023

ABŞ Çinlə suverenlik münaqişəsində olan Tayvana F-16 döyüş təyyarələrində istifadə edilən 619 milyon dollarlıq raketlərin satışını təsdiqləyib.

Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Tayvana 100 ədəd "AGM-88B HARM" tipli 100 radar əleyhinə raket və "AMRAAM" tipli 200 ədəd hava raketinin satışına icazə verilib.

Ümumilikdə 619 milyon dollara başa gələcək satışın "Tayvanın hava hücumundan müdafiə qabiliyyətini, regional təhlükəsizliyini və ABŞ ilə birgə əməliyyat qabiliyyətini artıracağı" vurğulanıb.

ABŞ istehsalı olan F-16 döyüş təyyarələrində istifadə edilən raket və avadanlıqlar ABŞ-ın müdafiə şirkətləri Raytheon və Lockheed Martin tərəfindən istehsal olunur.

Silah satışının təsdiqlənməsinin Tayvanı öz ərazisi kimi görən Çinin reaksiyasına səbəb olacağı gözlənilir.

Qetd edək ki, Çinin Ticarət Nazirliyi əvvəlki silah satışına görə iki şirkətə idxal və ixrac qadağası qoymuşdu.

Məğrur

Sitat.info



Xəbər xətti