Yunanıstanda qatar qəzasında ölənlərin sayı 42-yə çatıb

12:52 2 Mart 2023

Yunanıstanda ötən gün baş verən qatar qəzasında ölənlərin sayının 42-yə yüksəldiyi, 57 nəfərin müalicəsinin davam etdiyi bildirilib.

Sitat.info xəbər verir ki, Larisa şəhərinin şimalındakı Tempi bölgəsində sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində bəzi vaqonların relsdən çıxması və ön vaqonların yanması nəticəsində baş verən qəzada 42 nəfərin həyatını itirdiyi bildirilib.

Xəbərdə 6-sı ağır olmaqla 57 nəfərin müalicəsinin davam etdiyi qeyd edilib.

Həmçinin xəbərdə qəza zamanı baş verən yanğınla əlaqədar axtarış-xilasetmə işləri zamanı dağıntılar altından çıxarılan bəzi cəsədlərin tanınmasında çətinliklərin yaşandığı, itkin düşənlərin ailələrinin DNT analizi üçün nümunələr verdiyi bildirilib.

Yunanıstan prezidenti Katerina Sakellaropulu, baş nazir Kiryakos Mitsotakis, səhiyyə naziri Thanos Plevris, ana müxalifətdəki Radikal Sol Alyansın (SYRIZA) lideri Aleksis Tsipras və müdafiə nazirinin müavini Nikos Hardalias qəzanın baş verdiyi əraziyə gedərək, vəziyyəti öyrəniblər.

Yunanıstan hökuməti ölkə tarixində ən qanlı qatar qəzasından sonra üç günlük milli matəm elan edib.

Məğrur

Sitat.info



Xəbər xətti