Zaporojyedə 2 nəfər ölüb, 4 nəfər yaralanıb

14:23 2 Mart 2023

Ukraynanın Zaporojye şəhərində yaşayış binasına raket hücumu. Hücumda 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb. Dağıntılar altında qalanları xilas etmək üçün Ukrayna Fövqəladə Hallar Xidməti qruplarının işi davam edir.

Sitat.info xəbər verir ki, raket Ukraynanın Zaporojye şəhərində mənzilə düşüb. Gecə saatlarında baş verən hücumda 2 nəfər həlak olub. Ukrayna Fövqəladə Hallar Xidməti dağıntılar altından 11 nəfərin çıxarıldığını, onlardan 4-nün xəstəxanaya yerləşdirildiyini açıqlayıb. Açıqlamada hələ də dağıntılar altında olanların ifadə edildiyi, xilasetmə işlərinin tam sürətlə davam etdiyi bildirilib. İşlərə 202 xilasedici cəlb olunub.

Ukrayna prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenska sosial media hesabından hücumla bağlı açıqlama verib: “Zaporojye rus təcavüzkarına cəsarətlə müqavimət göstərir. Onlar cavab olaraq mülki şəxslərə hücum edirlər. Dünən gecə qəsdən hündürmərtəbəli bina vurulub. 3 mərtəbə tamamilə dağılıb, insanlar ölüb. Sağ qalanların axtarışını davam etdiririk. Qurbanlara başsağlığı verirəm. Biz bunu bağışlamayacağıq”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti