Rusiya qüvvələrinin Ukraynanın Zaporojye şəhərinə həyata keçirdiyi raket hücumu nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun Telegram hesabında Rusiya qüvvələrinin Zaporojyedakı mülki yaşayış məntəqələrinə raket zərbələri endirildiyi bildirilir.
Hücumda S-300 raketinin 5 mərtəbəli evi vurduğu bildirilən açıqlamada qeyd edilib: "İlkin məlumatlara görə, 4 nəfər ölüb, 8 nəfər yaralanıb. Biri uşaq olmaqla 5 nəfər itkin düşüb".
Məğrur
Sitat.info