Rusiya prezidenti Vladimir Putin Rusiyanın Bryansk vilayətində baş verən atışmanı “terror aktı” kimi qiymətləndirib.
Sitat.info xəbər verir ki, onlayn olaraq qatıldığı tədbirdə Putin deyib: “Onlar bacarmayacaqlar, biz onları bastıracağıq".
Putin onlayn tədbirdə Rusiyanın Bryansk vilayətində Ukraynaya məxsus olduğu bildirilən “təxribat qrupları” tərəfindən həyata keçirilən silahlı hücumlarla bağlı açıqlamalar verib. Bryansk vilayətində baş verən hücumları “terror aktları” adlandıran Putin deyib: “Rusiya əsgərləri vətəndaşlarımızı 8 ildir Donbasda insanlara işgəncə verərək öldürən, Darya Duqinayı isə Moskvada öldürən nasistlərdən və terrorçulardan qoruyur. Bu gün onlar növbəti terror aktı törədiblər, cinayət törədiblər, sərhədyanı ərazimizə daxil olub dinc əhaliyə atəş açıblar. Maşının mülki şəxslərə məxsus olduğunu, bu maşında mülki vətəndaşların və uşaqların olduğunu görüblər, ancaq atəş açıblar”.
Seymur Bənnayev
Sitat.info