Taliban Avropa ölkələrindən Əfqanıstanda səfirliklərini açmağı tələb edir

12:24 3 Mart 2023

Taliban müvəqqəti hökumətinin xarici işlər nazirinin müavini Emirhan Muttaki Avropa İttifaqı (Aİ) ölkələrindən Əfqanıstandakı səfirliklərini yenidən açmağı xahiş edib.
Müttəki Əfqanıstanın cənubundakı Qəndəhar əyalətində Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Niklasson və onun nümayəndə heyəti ilə görüşüb.

Sitat.info xəbər verir ki, Taliban müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin sözçünün müavini Hafiz Ziya Əhməd şəxsi Twitter hesabında görüşün məzmunu ilə bağlı açıqlama verib.

Əhməd Muttakinin Əfqanıstanla Aİ ölkələri arasında diplomatik əlaqələrin yaxşılaşdırılması üçün lazımi addımların atılmasının lazım olduğunu və Aİ ölkələrinin Kabildəki səfirliklərini yenidən açması üçün təşviq edilməli olduğunu söyləyib.

Əhməd Muttakinin Əfqanıstana göstərdiyi humanitar yardıma görə Aİ-yə təşəkkür etdiyini də qeyd edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti