ABŞ: Ukraynalılara kəşfiyyat və ya məlumat verdiyimiz düşüncəsi cəfəngiyyatdır

12:47 3 Mart 2023

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Patrik Rayder ABŞ-ın Rusiya ərazisindəki hədəflərə hücum etmək üçün Ukraynaya kəşfiyyat məlumatı verdiyini təkzib edib.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynadan bir qrup Rusiyanın Klimovski şəhərinin Bryansk bölgəsinə təxribat məqsədilə soxularaq Ukrayna ordusunun Rusiya torpaqlarında bəzi hədəfləri vurmasından sonra Kremlin hücumların ABŞ-ın dəstəyi ilə həyata keçirildiyi iddiası reaksiya ilə qarşılanıb.

Pentaqonun sözçüsü briqada generalı Rayder deyib: "Rusiya rəsmilərinin ABŞ-ın hər şeydən əvvəl bu cür hücumları təmin etmək üçün bir şəkildə məlumat verdiyini iddia edən bəzi xəbərləri gördüm. Biz ukraynalılara hara zərbə endirəcəklərini demirik.

Açıq deyim ki, bizim ukraynalılara Rusiya daxilindəki yerləri hədəfə almaq üçün kəşfiyyat və ya məlumat verməyimiz cəfəngiyyatdır. Biz Rusiya ilə müharibə etmirik və Rusiya ilə müharibənin arxasında da deyilik”, - deyə o bildirib.

Rayder isə Ukraynaya verilən silahların yalnız Ukrayna daxilində istifadəsi və Ukrayna torpaqlarının müdafiəsi üçün məsləhətləşdiklərini bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti