Blinken-Lavrov görüşü ilə bağlı ABŞ-dan açıqlama

13:06 3 Mart 2023

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, ABŞ dövlət katibi Antoni Blinkenin Rusiya xarici işlər naziri Sergey Lavrovla Nyu-Dehlidə keçirdiyi görüş sadəcə “qısa görüş” olub.

Sitat.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. ABŞ dövlət katibi Antoni Blinkenin rusiyalı həmkarı Sergey Lavrovla niyə görüşdüyü barədə suala mətbuat katibi Prays belə cavab verib: “Lavrovla çox qısa görüş oldu. Bu, təkbətək görüş və ya ikisinin uzunmüddətli söhbəti deyildi. Bu, Blinkenin ABŞ və dünyanın qalan hissəsi üçün vacib olan mesajları aydın və birbaşa çatdırmaq üçün vəziyyətdən istifadə etdiyi olduqca qısa bir görüş idi". 

 Blinkenin Lavrova 3 mesaj göndərdiyini vurğulayan Prays bildirib: "Blinkenin Rusiya tərəfindən Yeni START müqaviləsini dayandırmasının bütün dünyada narahatlıq yaratdığını, Rusiyada həbsdə olan ABŞ vətəndaşı Pol Uilanın azadlığa buraxılması təklifini xatırladıb, Ukraynaya dəstəyini ifadə edib. Bunun davam edəcəyini vurğulayəb. Biz bu müharibənin bu əsasda bitməsini istəyirik. Heç kim bu müharibənin bitməsini Ukrayna qədər istəmir. Biz müharibənin bitməsini görmək istəyimizlə Ukraynanın yanındayıq və bu mübarizəni dəstəkləməyə davam edəcəyik. Blinken bizim və dünyanın qalan hissəsi üçün vacib olan aydın və birbaşa mesajları çatdırmaqdan çəkinməyəcək”.

Məğrur

Sitat.info



Xəbər xətti