Qatar qəzasında ölən mexanik üçün Yunanıstandan Türkiyəyə müraciət

21:25 3 Mart 2023

Yunanıstan Xarici İşlər Nazirliyi Türkiyədə həbsdə olan atasına qatar qəzasında ölən maşinistin dəfn mərasimində iştirak etmək üçün müvəqqəti icazə vermək üçün Türkiyəyə müraciət edib.

Sitat.info xəbər verir ki, martın 1-nə keçən gecə Yunanıstanın Larissa şəhəri yaxınlığında qatar qəzasında həyatını itirənlərdən biri olan 28 yaşlı mexanik Nikos Nalbantisin atası Türkiyədə cinayət törətdiyi üçün həbs olunduğu öyrənilib. 

Bildirilib ki, həbsdə olan ata oğlunun dəfnində iştirak etmək üçün müvəqqəti icazə istəyib.

İcazə tələbi ilə bağlı Yunanıstan Xarici İşlər Nazirliyinin addım atdığı və Ədirnə həbsxanasında olan ata üçün Yunanıstanın Ədirnə konsulluğu və Yunanıstanın Ankaradakı səfirliyi ilə danışıqlar apardığı bildirilib. Yunanıstan mətbuatında Yunanıstan Xarici İşlər Nazirliyinin Türkiyə Xarici İşlər Nazirliyinə “humanitar səbəblərə görə xüsusi icazə” tələbi ilə bildiriş göndərdiyi qeyd edilib.

Qeyd edək ki, paytaxt Afinadan Salonikiyə 352 nəfəri daşıyan sərnişin qatarı Larissa şəhəri yaxınlığında eyni xətt üzrə gələn yük qatarı ilə üzbəüz toqquşub və toqquşmanın şiddətindən sərnişin qatarının 2 vaqonu tamamilə əzilib. Hadisə zamanı 57 nəfər həyatını itirib, 56 sərnişin isə itkin düşüb. Bildirilib ki, 38 yaralı xəstəxanada müalicəsini davam etdirir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti