Zelenskiyə çağırış: de-fakto mühasirəyə aldıq....

21:05 3 Mart 2023

Vaqner qrupunun rəhbəri Yevgeni Priqojin şiddətli döyüşlərin getdiyi Baxmutu "de-fakto mühasirəyə aldığını" açıqlayıb və Ukrayna prezidenti Zelenskini şəhəri boşaltmağa çağırıb.

Sitat.info xəbər verir ki, bu gün Vaqner qrupu aylardır şiddətli döyüşlərin getdiyi Baxmutu "de-fakto mühasirəyə aldığını" açıqlayıb.

“Vaqner”in prezidenti Yevgeni Priqojin “Telegram”da yayımladığı videoda Baxmut ətrafında “mühasirə silahlarının bir-birinə yaxınlaşdığını” bildirib.

Priqojin Zelenskiyə göndərdiyi mesajda şəhəri "demək olar ki, tamamilə mühasirəyə aldıqlarını" və yalnız bir yol qaldığını söylədi.

Priqojin Zelenskini şəhəri tərk etməyə çağırıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti