Rusiya Yapon dənizindən qanadlı raket atdığını elan edib

21:15 3 Mart 2023

Rusiya Müdafiə Nazirliyi hərbi təlimlər çərçivəsində Yapon dənizində Rusiya sualtı qayığından “Kalibr” qanadlı raketinin buraxıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi hərbi təlim zamanı Yapon dənizində Rusiyaya məxsus sualtı qayıqdan “Kalibr” qanadlı raketinin buraxıldığını açıqlayıb. Nazirlikdən verilən açıqlamada suyun altından atılan raketin Rusiyanın şərqindəki Xabarovsk bölgəsində min kilometr uzaqlıqdakı təlim meydançasında hədəfi müvəffəqiyyətlə vurduğu qeyd edilib.

Açıqlamada, təlimə ölkənin Rusiya Sakit Okean Donanmasına aid gəmi, döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının da qatıldığı bildirilib.

Rusiyanın Qara dənizdəki gəmi və sualtı qayıqlardan Ukraynanı hədəfə aldığı “Kalibr” raketləri ölkənin uzaqmənzilli qanadlı raketləri kimi tanınır. Turbo mühərrikli Kalibr raketləri həm quruda, həm də dənizdə yüksək mənzilli hədəfləri vurmaq üçün istifadə olunur.

Məğrur

Sitat.info



Xəbər xətti