Özbəkistanın Rusiyadan təbii qaz idxalı üçün infrastruktur hazırlıqlarına başladığı bildirilir.
Sitat.info xəbər verir ki, Özbəkistanın “Uztransgaz” təbii qaz nəqli şirkəti tərəfindən verilən açıqlamada qeyd olunub ki, şirkət Rusiyadan idxalı planlaşdırılan təbii qazın yerli təbii qaz nəqli həcmlərinə mane olmasının qarşısını almaq üçün ölkədəki təbii qaz nəqli infrastrukturunu uyğunlaşdırmağa başlayıb.
Açıqlamada ölkənin Buxara vilayətindən keçən təbii qaz kəmərində lazımi quraşdırma işlərinin aparıldığı bildirilib və bunun Rusiyadan gətiriləcək təbii qazın həcminə mane olmaması üçün edildiyi vurğulanıb.
Açıqlamada, Buxara-Ural, Orta Asiya-Mərkəzi və Qazlı-Şımkent təbii qaz kəmərlərinin infrastrukturun hazırlığına başlanılan Buxaranın Qazlı bölgəsindən keçdiyi və Özbəkistanın “qaz nəqli sisteminin qəlbi” olduğu xatırladılıb.
Qeyd edək ki, yanvar ayında Özbəkistan Rusiyanın "Qazprom" şirkəti ilə təbii qaz sahəsində əməkdaşlıq üçün yol xəritəsi imzalamışdı.
Məğrur
Sitat.info