Almaniya daha əvvəl İsveçrəyə satdığı Leopard 2 əsas döyüş tanklarını almaq istədiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, Alman mətbuatında yer alan xəbərə görə, İsveçrə Müdafiə Nazirliyinin sözçüsü Renato Kalbermatten, Almaniyanın Leopard 2 tankı satın almaq istəməsi ilə bağlı tələbin olduğunu bildirib.
İsveçrənin 230 Leopard 2 tankı olduğunu dilə gətirən Kalbermatten, bunlardan 134-nün “növbətçi”, 96-nın isə müvəqqəti olaraq istifadəsiz olduğunu qeyd edib.
Almaniyanın neçə tank almaq istədiyi barədə məlumat verməyən Kalbermatten, İsveçrə qanunlarının istismardan çıxarılan vasitələrin satışına icazə verdiyini bildirib.
Almaniya Müdafiə Nazirliyinin sözçüsü Arne Collatz, Berlində keçirilən mətbuat konfransında İsveçrəyə məktubla belə bir tələbin göndərildiyini təsdiqləyərək, İsveçrənin donanmasında olan və istismardan çıxarılan tankları satmağı düşünsə, məmnun olacağını bildirib.
Sayla bağlı məsələlərin müzakirə edilmədiyini bildirən Collatz, sözügedən Leopard 2 tanklarının Ukraynaya göndərilməyəcəyini vurğulayıb.
Collatz, “Alman ordusu bu tankların Ukraynaya verilməyəcəyinə dair İsveçrəyə konkret necə təminat verə bilər?” suakına: "Mövcud və sübut edilmiş müqavilə razılaşmaları var"- deyə cavab verib.
Məğrur
Sitat.info