Tədqiqat: D vitamini ilə demensiya arasında əlaqə varmı?

21:55 3 Mart 2023

Demans və ya xalq arasında bilindiyi kimi demensiya, son illərdə sürətlə artan və dünyanı gözləyən ən əhəmiyyətli sağlamlıq problemlərindən biridir.

Sitat.info xəbər verir ki, Kanada və İngiltərədən olan tədqiqatçılar demansla bağlı mühüm araşdırma aparıblar. Araşdırmada D vitamini çatışmazlığı ilə demans arasında əlaqə olduğu qənaətinə gəlinib 

D vitamini çatışmazlığı bir çox xəstəliklərlə əlaqələndirilir.

Tədqiqatda 12 minə yaxın iştirakçı 10 il ərzində müşahidə olunub.

Tədqiqat nəticəsində D vitamini əlavələri qəbul edən insanlarda demans riski yüzdə 40 daha az olub.

Tədqiqatda iştirak edənlərin orta yaşı 71 olan iştirakçılara demans diaqnozu qoyulmayıb.

Araşdırma nəticəsində müəyyən edilib ki, iştirakçılardan 2696 nəfərində 10 il ərzində demans inkişaf edib.

Məlum olub ki, bu qrupdakı 2177 nəfər demans diaqnozu qoyulana qədər heç vaxt D vitamini əlavələri qəbul etməyib, 679 nəfər isə çox az əlavə qəbul edib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti