Səudiyyə Ərəbistanında 5 milyona yaxın narkotik həb ələ keçirilib

22:05 3 Mart 2023

Səudiyyə Ərəbistanında 5 milyona yaxın narkotik həb ələ keçirildiyi bildirilib.

Sitat.info xəbər verir ki, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sosial media hesabından edilən açıqlamaya görə, Narkotiklərlə Mübarizə Baş İdarəsi gəncləri hədəf alan narkotik şəbəkələrinə qarşı əməliyyatlarını davam etdirir.

Bu çərçivədə qruplar paytaxt Ər-Riyad bölgəsində kabel daşınmaları içərisində gizlənmiş 4 milyon 962 min narkotik həb ələ keçirdi. Əməliyyat zamanı xarici ölkə vətəndaşı da saxlanılıb.

Səudiyyə Ərəbistanında ötən il oktyabrın 17-dən noyabrın 30-dək Ər-Riyadda keçirilən 3 əməliyyatda ümumilikdə 6 milyon 200 min narkotik həb ələ keçirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti