Türkiyənin dəstəyi ilə Rusiya və Ukrayna arasında ötən il İstanbulda imzalanmış Qara Dəniz Taxıl Təşəbbüsü sazişinin müddəti martın 18-də başa çatır. Qərb razılaşmanın uzadılmasını istəyir.
Sitat.info xəbər verir ki, məsələ G20 xarici işlər nazirləri üçün Yeni Dehlidə olan Rusiya xarici işlər naziri Sergey Lavrov və Mövlud Çavuşoğlu arasında müzakirə edilib.
“Razılaşmanın davam etdirilməsi o halda mümkündür ki, Rusiya kənd təsərrüfatı və gübrə istehsalçılarının dünya bazarına maneəsiz çıxışında maraqları nəzərə alınsın”, - Rusiya bildirib.
Seymur Bənnayev
Sitat.info