TikTokdan 18 yaşdan kiçik istifadəçiləri üçün vaxt məhdudiyyəti

22:25 3 Mart 2023

TikTok sosial media platforması məruz qaldığı tənqidləri sakitləşdirmək üçün uşaqların tətbiqdə keçirdikləri vaxtı azaltmaq üçün yeni funksiya təqdim edib.

Sitat.info xəbər verir ki, şirkət 18 yaşından kiçik istifadəçilər üçün gündəlik bir saat ekran vaxtı limiti təyin edəcəyini açıqlayıb.

TikTok-un Güvən və Təhlükəsizlik üzrə rəhbəri Cormac Keenan bildirib: "Əgər 60 dəqiqəlik limitə çatarsa, yeniyetmələrdən izləməyə davam etmək üçün parol daxil etmələri istənəcək və onlar bu müddəti uzatmaq üçün aktiv qərar verməli olacaqlar".

13 yaşından kiçik istifadəçilər üçün ilk saatdan sonra valideyn və ya qəyyum əlavə 30 dəqiqəlik baxış vaxtına icazə vermək üçün parol daxil etməlidir.

Qeyd edək ki, "TikTok" yüksək dərəcədə asılılıq yaradan alqoritminə görə şiddətli tənqidlərə məruz qalıb. Uşaq psixoloqları və fəallar platformanı “kokain”ə bənzədirlər və tənqidçilər "TikTok"-un kifayət qədər ehtiyat tədbirləri görmədiyini vurğulayırlar.

Məğrur

Sitat.info



Xəbər xətti