Rusiyanın məhkəməsinin vaxtı açıqlandı

23:40 3 Mart 2023

Rusiya üçün xüsusi məhkəmənin yaradılması ilə bağlı ikinci iclas martın 21-22-də Fransada keçiriləcək.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Kuleba xüsusi məhkəmənin ilk iclasının yanvarın 29-da keçirildiyini xatırladıb.

"İlk iclasda 21 ölkə iştirak edib. İndi onların sayı 29-dur. Bu dövlətlərdən biri Latın Amerikası ölkəsidir", - deyə Kuleba vurğulayıb.

Qeyd edək ki, məhkəmənin keçirilməsinə səbəb son bir ildə Rusiyanın Ukraynaya etdiyi hücumlardır.



Xəbər xətti