İranda şagirdlər arasında kütləvi zəhərlənmələr davam edir

09:20 6 Mart 2023

Fars əyalətinin Şiraz və Servistan şəhərlərində 24 tələbə oxşar simptomlarla xəstəxanaya yerləşdirilib.

Sitat.info xəbər verir ki,  İlam əyalətinin Eyvan, İsfahan vilayətinin Kaşan, Rezevi Xorasan əyalətinin Məşhəd və Xuzistan əyalətinin Əhvaz şəhərlərində onlarla tələbə oxşar şikayətlərlə xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, Xuzistan əyalətinin 6 şəhərində indiyədək 700 qız şagirdin zəhərləndiyi və bu tələbələrdən 200-nün müşahidə altına alındığı qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti