Çin Milli Konqresi ona qarşı güclənən təhdidlər qarşısında bu il hərbi xərclərini 7 faizdən çox artıracağını açıqlayıb.
Sitat.info xəbər verir ki, ısa zamanda hakimiyyəti təhvil verməsi gözlənilən baş nazir Li Keqiang konqresdəki çıxışında xaricilərin Çini sıxışdırmaq və nəzarət altına almaq cəhdlərinin artdığını bildirib.
Li bildirib: "Silahlı qüvvələr hərbi hazırlığı və ümumi hazırlığı gücləndirməlidir".
Bundan əlavə, konqresdə ölkənin 2023-cü il üçün böyümə hədəfi yüzdə 5 olaraq açıqlanıb.
Pekinin 225 milyard dollarlıq hərbi büdcəsi özündən 4 dəfə böyük olan ABŞ hərbi büdcəsi ilə müqayisədə hələ də zəifdir.
Məğrur
Sitat.info