ABŞ-da gələn il keçiriləcək prezident seçkilərində namizədliyini təkrarlayaraq keçmiş prezident Donald Tramp demokratları “müharibə təhrikçisi” olmaqda, respublikaçı administrasiyasını isə “axmaqlıqda” ittiham edib.
Sitat.info xəbər verir ki, Tramp özünün Üçüncü Dünya Müharibəsinin başlamasının qarşısını alacaq yeganə insan olduğunu bildirib. Amerika Mühafizəkarlar İttifaqının təşkil etdiyi konfransda çıxış edən Tramp, bir ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsini “bir gündə” bitirə biləcəyini iddia edib. Üçüncü dünya müharibəsinin başlayacağını, lakin bunun qarşısını ala biləcək yeganə liderin özünün olduğunu müdafiə edən Tramp, dövründə həyata keçirdiyi Rusiya və Çinin siyasətini yüksək qiymətləndirib.
ABŞ-ın azad ölkə olmadığı və hazırda azad mətbuata sahib olmadığı fikrini müdafiə edən Tramp bildirib: “Mən sizin səsinizəm, döyüşçünüzəm, ədalətinizəm, zülm və xəyanətə məruz qalanlar, mən sizin intiqamınızam”. Tramp 1 saat 45 dəqiqə davam edən çıxışında Co Bayden administrasiyasını da tənqid edb: “Biz Baydeni Ağ Evdən çıxaracağıq”. ABŞ-ın Əfqanıstanı biabırçı şəkildə tərk etdiyini deyən Tramp, Talibanın ABŞ-ın Əfqanıstanda qoyduğu silahları başqa ölkələrə satdığını iddia edib.
Seymur Bənnayev
Sitat.info