Bir çox şəhərlərdə qız şagirdlərin təhsil aldığı məktəblərdə zəhərlənmə hallarının yaşandığı İranda təhsil və təlim naziri Yusuf Nuri valideynlərdən üzr istəyib.
Sitat.info xəbər verir ki, İran dövlət televiziyasına danışan Nuri, qız tələbələrin oxuduğu məktəb və yataqxanalarda davam edən zəhərlənmə hadisələri ilə bağlı açıqlama verib.
Nuri, Təhsil və Təlim Nazirliyi və dövlət müdirliklərində komissiyaların yaradıldığını və hadisənin araşdırıldığını ifadə edərəkbildirib: "Valideynlərin narahatlığını anlayırıq və üzr istəyirik. Məsələni ciddi şəkildə izləyirik. Məsələyə mümkün olduğu qədər tez aydınlıq gətirilməsini gözləyirik".
İranın Təhsil və Təlim Naziri Nuri qızların təhsil aldığı məktəblərdə distant təhsil məsələsi ilə bağlı hələlik bu məsələ ilə bağlı qərarın olmadığını bildirib.
Məğrur
Sitat.info