Hollandiyanın Haaqa şəhərində bir ili arxada qoyan Ukrayna müharibəsində törədilən cinayətlərin araşdırılması üçün mərkəz yaradılacaq.
Sitat.info xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, Haaqada hərbi cinayətlərin araşdırılması üçün beynəlxalq mərkəz yaradılacaq və bu, yaradılacaq xüsusi hərbi məhkəmənin ilk addımıdır.
Von der Leyen bildirib ki, Rusiya Ukraynada mülki əhalini hədəf alan və infrastruktura zərər vuran hücumlar həyata keçirib. Von der Leyen Rusiya qüvvələrinin işgəncə, pis rəftar, cinsi zorakılıq və məhkəməsiz edamlar həyata keçirdiyini bildirib və Rusiyanın törətdiyi dəhşətli cinayətlərin hesabını verməli olduğunu qeyd edib.
Qeyd edək ki, Rusiya və Ukrayna orduları arasında şiddətli toqquşmaların baş verdiyi Donetsk vilayətindəki Bəhmutda vəziyyət kritikdir. Amerika Müharibə Araşdırmaları İnstitutunun mütəxəssisləri Ukrayna ordusunun nəzarətli şəkildə Bəhmutdan geri çəkilməyə hazırlaşdığını iddia ediblər.
Seymur Bənnayev
Sitat.info