Pakistan polisi həbs qərarı olan keçmiş baş nazir İmran Xanı saxlamaq üçün onun Lahordakı evinə gedib.
Sitat.info xəbər verir ki, polis Xanı həbs etməyə gəldiklərini, lakin onu Lahordakı evində tapa bilmədiklərini açıqlasa da, o, partiya tərəfdarlarını evin ətrafına toplaşmağa çağırıb. Bu çağırışdan sonra küçələrə çıxan Xan tərəfdarları polisin qarşısını almağa çalışıb. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə Xanın tərəfdarlarının iqamətgahın yerləşdiyi əraziyə polisi buraxmadığı görülüb.
Qeyd edək ki, Xanın baş nazirliyi dövründə xarici dövlət xadimlərindən aldığı hədiyyələrin satışı ilə bağlı işdə dinləmələrə qatılmaması səbəbilə onun barəsində həbs qərarı çıxarılmışdı. Xan Lahordakı tərəfdarlarına müraciət edərək, ona "saxta hallarla" mane olmağa çalışıldığını müdafiə edib və ölkəni tərk etməyəcəyini söyləyib.
Digər tərəfdən, Pakistan Elektron Media Tənzimləmə Təşkilatının (PEMRA) "dövlət qurumları və rəsmilərinə qarşı təxribat xarakterli və əsassız iddialar" səbəbiylə keçmiş baş nazirin çıxışlarının televiziyada yayımını qadağan etdiyi bildirilir.
Məğrur
Sitat.info