Gürcüstanda parlamentin Hüquqi Məsələlər Komitəsinin iclası zamanı deputatlar arasında dava düşüb.
“Qafqazinfo” “Interpressnews” portalına istinadən xəbər verir ki, parlamentdə “xarici agentlər haqqqında” qanun layihəsinin müzakirəsi zamanı mübahisə yaranıb.
Davada əsas olaraq “Gürcü arzusu” partiyasından deputat Anri Oxanaşvili və müxalif deputatlar iştirak edib.
Nəticədə “Aqmaşenebeli Strategiyası” partiyasının lideri Giorgi Vaşadze və “Vahid Milli Hərəkat” partiyasının lideri Levan Xabeişvili təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən zaldan çıxarılıblar.