İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı ehtiyatı aradan qaldırmaq üçün Madriddə imzalanmış üçtərəfli memorandumlar həyata keçirilməlidir.
Sitat.info xəbər verir ki, martın 9-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək toplantıda memorandumda qeyd olunan məsələlər, xüsusilə də alyansın iki təhdiddən biri kimi gördüyü terrorla bağlı konkret irəliləyişin olub-olmadığı qiymətləndiriləcək.
Digər tərəfdən, terrorla mübarizədə Finlandiyadan daha problemli olan İsveçdə eyni tarixdə yeni cəza qanunu parlamentə təqdim olunacaq. Buna görə də terrorçu kimi tanınan təşkilatlar üçün ləvazimat daşımaq, mitinq və ya yığıncaq təşkil etmək, yemək bişirmək və ya nəqliyyat vasitələrini idarə etmək kimi hərəkətlər cinayət sayılacaq.
Yeni cinayət məcəlləsinin iyunun 1-dən qüvvəyə minməsi gözlənilir.
Məğrur
Sitat.info