Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiyanın nəzarətində olan Mariupol şəhərinə səfər edib.
Sitat.info xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirib: “Müdafiə naziri Şoyqu Mariupolda əvvəllər fəaliyyət göstərən obyektlərin hazırlanmasına və tikinti sahələrində aparılan işlərə nəzarət edib. Şoyqu çoxfunksiyalı Tibb Mərkəzinə, Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Mərkəzinə və yeni qəsəbəyə baş çəkib. Şoyqu rayonun müxtəlif yaşayış məntəqələrini su ilə təmin etmək üçün Rostov vilayətini və Donetsk Xalq Respublikasını Don çayından Severski Donets kanalına birləşdirəcək su kəmərinin tikintisi ilə bağlı məruzəni dinləyib".
Məğrur
Sitat.info