Xamenei zəhərlənmə hallarından danışıb: Günahkarlar ən ağır cəzanı almalıdırlar

17:06 6 Mart 2023

İranın lideri Əli Xamenei bir çox şəhərlərdə qızların təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisəsi ilə bağlı səlahiyyətlilərə "hadisəni ciddi qəbul etməyi və günahkarları ən ağır cəza ilə cəzalandırmağı" tapşırıb.

Sitat.info xəbər verir ki, Mehr Xəbər Agentliyinin verdiyi məlumata görə, Xamenei “Ağacəkmə günü” münasibətilə etdiyi çıxışında bütün ölkə boyu narahatlığa səbəb olan qız şagirdlərin təhsil aldığı məktəblərdə zəhərlənmə hallarını qeyd edib.

Xamenei bildirib: “Hakimiyyət məsələ üzərində işləyir, mən bunu bilirəm, tədbirin əhəmiyyətindən çıxış edərək məsələni ciddi şəkildə nəzərdən keçirməlidirlər”.

 

Cinayət şəbəkəsi və ya təşkilati strukturun ola biləcəyinə işarə edən Xamneyi, cəmiyyətdə təşviş və qorxuya səbəb olan bu cinayətin dözülə bilməyəcəyini bildirib.

Bunun cəmiyyətin ən günahsız hissəsinə, yəni uşaqlara qarşı törədildiyi üçün "böyük cinayət" olduğunu vurğulayan Xamenei deyib:

"Kəşfiyyat və təhlükəsizlik qüvvələri hadisənin əsas agentlərini müəyyənləşdirməlidir. Hadisəni törədənlər, cinayətkarlar mühakimə olunmalı və ən ağır cəzalarla cəzalandırılmalıdır. Onlara yazığı gəlməməli, cəzaları nümunəvi olmalıdır".

Məğrur

Sitat.info



Xəbər xətti