İran Ədliyyə Naziri: Qız tələbələrin zəhərlənməsindən məsul olanlar edamla cəzalandırılacaq

17:11 6 Mart 2023

İran Ədliyyə Başçısı Qulamhüseyin Muhsin Ejei bir çox şəhərlərdə qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə bağlı müəyyən ediləcək faillərin “edam”la mühakimə ediləcəyini bildirib.

Sitat.info xəbər verir ki, İran Ədliyyəsinə bağlı Mizan Xəbər Agentliyinin məlumatına görə, Ejei bütün ölkədə narahatlıq yaradan qız şagirdlərin təhsil aldığı məktəblərdə baş verən zəhərlənmə hadisələri ilə bağlı açıqlamalar verib.

Ejei bildirib: "Bu iş yer üzündə fitnə-fəsad törətmək" cinayətlərindən biridir. Bu işin səbəbkarları müəyyən edilərək yaxalandıqda, şübhəsiz ki, bunlara daxil olan "yer üzündə fitnə-fəsad törətmək" cinayətini törətdiklərinə görə qanunla mühakimə olunacaqlar".

İran rəsmisi xüsusilə cinayətkarların və onların işbirlikçilərinin qanunda ən ağır cəza ilə edamını dərhal izləyəcəklərini vurğulayıb.

İran Cinayət Məcəlləsinin 286-cı maddəsinə əsasən, “yer üzündə fitnə-fəsad törətmək” cinayətini törədənlər ölüm cəzası ilə mühakimə olunur.

İran Ali Lideri Əli Xamneyi bu gün verdiyi açıqlamada zəhərlənmə hadisələri ilə bağlı hakimiyyət orqanlarına "ciddi tədbir görülməsini və günahkarların ən ağır cəza ilə cəzalandırılmasını" tapşırıb.

Məğrur

Sitat.info



Xəbər xətti