Gürcüstanda deputatlar bazar ertəsi parlament komitəsində xarici agentlərin tənzimlənməsini müzakirə edərkən əlbəyaxa dava baş verib.
Sitat.info xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə parlament binası daxilində çəkilmiş görüntülərdə parlamentin hüquq məsələləri üzrə komissiyasının rəhbərinin qanuna qarşı çıxan müxalif Vahid Milli Fəaliyyət Partiyasının liderini vurması, ardınca deputatlar arasında qısa, lakin şiddətli davanın baş verdiyi əks olunub. Bildirilib ki, deputatlar arasında əvvəllər də şiddətli dava olub.
Sözügedən qanunvericilik vəsaitlərinin 20 faizindən çoxunu xaricdən alan təşkilatların “xarici agent” kimi qeydiyyatdan keçməsini və Ədliyyə Nazirliyi tərəfindən nəzarətə götürülməsini tələb edir, əks halda böyük cərimələr tətbiq olunacaq.
Qanun layihəsini tənqid edənlər bildirirlər ki, o, qonşu ölkə Rusiyada 2012-ci ildən tətbiq edilən, əhatə dairəsi genişləndirilmiş qanunvericilikdən nümunə götürür.
Qanunun əhatə dairəsinin hər cür təşkilatı, o cümlədən qeyri-hökumət təşkilatlarını, media qruplarını əhatə etməsi müxalifətin səsinin kəsiləcəyi ilə bağlı narahatlıqları da özü ilə gətirir.
Məğrur
Sitat.info