Böyük Britaniyanın müdafiə naziri Uolles: Rusiya uzunmüddətli perspektivdə artıq məğlub olub

22:05 6 Mart 2023

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın beynəlxalq nüfuzunun getdikcə aşağı düşdüyünü və bu vəziyyətin yaxın illərdə dəyişmə ehtimalının olmadığını bildirib: “Uzun müddətdə və bir növ qlobal makro mövqeləşdirmədə Rusiya artıq uduzub”. dedi.

Sitat.info xəbər verir ki, Uolles İngiltərənin paytaxtı Londonda hakim Mühafizəkarlar Partiyası tərəfdarı "Mühafizəkarlar Evi"nin təşkil etdiyi müdafiə və təhlükəsizlik konfransında iştirak edib.

Nazir Uolles buradakı çıxışında qlobal təhlükəsizlik probleminə işarə edərək, dünyanın qarşıdakı on və ya iyirmi il üçün daha təhlükəsiz və qeyri-sabit bir yer olacağı barədə xəbərdarlıq edib.

Uolles, Rusiya-Ukrayna müharibəsi ilə bağlı da qiymətləndirmələr apararaq bildirib: “Uzun müddətdə və bir növ qlobal makro mövqeləşdirmədə Rusiya artıq uduzub".

Rusiyanın beynəlxalq reputasiyasının əvvəldən çox az olduğunu deyən Uolles, Rusiya hökuməti indiki mövqeyini davam etdirdiyi müddətcə bu vəziyyətin yaxın bir neçə ildə dəyişmə ehtimalının olmadığını bildirib.

“Biz sona qədər Ukraynanın yanındayıq və ümid edirəm ki, sonda Rusiya Ukraynadan qovulacaq və Rusiya Ukraynanın güclü mövqeyə malik olduğu və gələcəyi ilə bağlı nə etmək istədiyini seçə biləcəyi bir növ danışıqlar mövqeyinə keçməyə məcbur olacaq",- O bildirib.

Döyüş meydanında “elektron müharibə”dən istifadənin vacibliyinə diqqət çəkən Uolles qeyd edib ki, Ukraynadakı müharibə göstərdi ki, əgər sizin elektron müharibə qabiliyyətiniz yoxdursa, birdən çox müdafiəsiz qala bilərsiniz və ya çox bahalı avadanlıqlarınız yanlış bir yerdə istifadə oluna bilər.

Məğrur

Sitat.info



Xəbər xətti